Bakı 20 ℃

USD 1.7
RUB 0.0284
EUR 1.6637
TRY 0.0917
Qızıl 2827.015
Gümüş 32.696

15.08.2022

ETSN isti hava ilə əlaqədar xəbərdarlıq edib

“Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırır”.

Gulustan.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır: “Bütün bunları nəzərə alaraq, hamımız təbiət qoynunda olarkən daha da diqqətli olmalı, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurmalıyıq. Hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, qızmar yay günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində avqustun 20-dək isti hava şəraiti müşahidə olunacaq.


Digər xəbərlər


Çexiya vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb

Çexiya öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb. Gulustan.info xəbər verir ki, b...

Rusiya Duması Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sazişi təsdiqləyib

Rusiya Dövlət Dumasında Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Put...

Litva Rusiyanın müvəqqəti işlər vəkilini ölkədən çıxarır

Litva Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu arzuolunmaz şəxs (persona non-qrata) elan edib. Bu barədə Litva Xarici...

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Gulustan.in...

Polşa Almaniyaya nota verib

Polşa Xarici İşlər Nazirliyi Berlinə diplomatik nota göndərib. Notada İkinci Dünya müharibəsi zamanı dəymiş zərərin ödənilməsi...

ÜST-ün Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir. Gulustan.info ...

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiya səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə məlumatı TASS yayıb. Rusiyanın...

Yüksək bal toplayan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respubl...