Bakı 20 ℃

USD 1.7
RUB 0.0284
EUR 1.6637
TRY 0.0917
Qızıl 2827.015
Gümüş 32.696

05.09.2022

Məşhur caz ifaçıları Heydər Əliyev Mərkəzində

Sentyabrın 30-da Heydər Əliyev Mərkəzində 17-ci Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində caz ulduzları Melvin Trevis (Melvin Travis) və Mina Aqossinin (Mina Agossi) konserti keçiriləcək. Həmin gün cazsevərləri heyrətamiz ifa, ecazkar ritm və inanılmaz enerji gözləyir.

Musiqi aləmində Mister Melvin kimi tanınan fransalı cazmen Melvin Trevis öz bənzərsiz ifası ilə caz auditoriayasının ürəyini fəth edib. Parisdə “Black Music School”da təhsil alan Melvin Trevis Mişel Hendriks (Michele Hendricks), Derek Martin (Derek Martin), Cin Karpenter (Jean Carpenter) kimi məşhur caz ifaçıları ilə bir səhnədə çıxış edib. O, caz, soul, fank və bluz janrlarına müraciət edərək fərqli bir ifa yaradır. Melvin Trevis eyni zamanda gözəl bəstəkar, yazıçı və vokal müəllimidir.

Fransız cazının digər görkəmli nümayəndəsi Mina Aqossi Fransada, Mərakeş və Nigeriyada təhsil aldıqdan sonra, ABŞ və İspaniyada yaşayıb və çalışıb. Bir çox ölkələrin musiqi mədəniyyətini mənimsəyərək yaradıcılığında birləşdirməyi bacarıb və tez bir zamanda caz aləmində şöhrət qazanıb. Onun repertuarında hip-hop, bluz, caz və hətta rok yer alıb.


Digər xəbərlər


Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək

Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək. Gulustan.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sə...

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib

Tanınmış azərbaycanlı müğənni Rəhim Rəhimli vəfat edib. Bu barədə prodüser Tarix Əliyev özünün «Instagram» hesabında...

Məşhur amerikalı reper vəfat edib

Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib. Musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi do...

Azərbaycan İrəvanda keçiriləcək “Uşaq Avroviziyası” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Uşaq Avroviziyası – 2022” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu bar...

Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

Prezident İlham Əliyev «Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında» sərəncam imzalayıb. Sərəncamda deyilir:...

Azərbaycanda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək

Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm A...

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq. Bu barədə Gulustan.info-ya teatrdan məlumat verilib. Bildirilib ki,...

Səyavuş Aslana aid materiallar Tarix Muzeyinə verilib

Teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslana məxsus olan üç əşya Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi ...