Bakı 20 ℃

USD 1.7
RUB 0.0284
EUR 1.6637
TRY 0.0917
Qızıl 2827.015
Gümüş 32.696

07.09.2022

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq.

Bu barədə Gulustan.info-ya teatrdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Hər il təşkil olunan ənənəvi festival çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da böyük uğurla iştirak edir.

Bu dəfə isə teatrın tarixində ilk olaraq mövsümün açılışı Şuşa şəhərində olacaq. Dahi Üzeyir Hacıbəylinin əsərləri bu dəfə “Şuşadan dünyaya yayılan musiqi” layihəsində gerçəkləşəcək.

Şuşada açıq səma altında dahi bəstəkarın “Arşın mal alan”, “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyalarından parçaları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Naidə Orucova, Nərgiz Kərimova, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Fərid Əliyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Aydan Həsənova, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları təqdim edəcəklər.

Qeyd edək ki, Musiqili Teatr beynəlxalq festival çərçivəsində sentyabrın 22-də Gəncədə «O olmasın, bu olsun” tamaşasını nümayiş etdirəcək.

Teatrın stasionarda çıxışları isə 24 sentyabrdan başlayacaq.


Digər xəbərlər


Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək

Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək. Gulustan.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sə...

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib

Tanınmış azərbaycanlı müğənni Rəhim Rəhimli vəfat edib. Bu barədə prodüser Tarix Əliyev özünün «Instagram» hesabında...

Məşhur amerikalı reper vəfat edib

Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib. Musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi do...

Azərbaycan İrəvanda keçiriləcək “Uşaq Avroviziyası” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Uşaq Avroviziyası – 2022” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu bar...

Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

Prezident İlham Əliyev «Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında» sərəncam imzalayıb. Sərəncamda deyilir:...

Azərbaycanda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək

Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək. Festival Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm A...

Səyavuş Aslana aid materiallar Tarix Muzeyinə verilib

Teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslana məxsus olan üç əşya Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi ...

Məşhur caz ifaçıları Heydər Əliyev Mərkəzində

Sentyabrın 30-da Heydər Əliyev Mərkəzində 17-ci Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində caz ulduzları Melvin Trevis (Melvin Tr...