Bakı 21 ℃

USD 1.7
RUB 0.0284
EUR 1.6637
TRY 0.0917
Qızıl 2827.015
Gümüş 32.696

08.09.2022

Azərbaycanda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək

Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək.


Festival Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində olacaq.

Artıq ikinci dəfədir ki, təşkil edilən festivalın məqsədi Azərbaycanda üzümçülük ənənələrinin genişləndirilməsi, yerli üzümçülük və şərab istehsalının inkişafına dəstək olmaq, şərab məhsullarının ixrac potensialının artırılması, turizm imkanlarının şaxələndirilməsidir. Festivalın proqramına üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı maarifləndirici tədbirlərin təşkili, konsert və şoular daxildir.

İki gün ərzində layihənin keçiriləcəyi məkanda fermerlər məhsullarını təqdim edəcək, dequstasiya pavilyonları qurulacaq, qastronomik, piknik və əyləncə zonaları fəaliyyət göstərəcək, tanınmış yerli və xarici müğənnilərin ifasında konsert proqramları, üzüm və şərabçılıqla bağlı səhnələşdirilmiş şoular, instalyasiyalar nümayiş olunacaq.

Üzüm və Şərab Festivalına Şamaxının ev sahibliyi etməsi heç də təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də üzümçülük diyarı kimi tanınır. Azərbaycanı dünyaya tanıdan üzüm sortları məhz Şamaxıda xalq seleksiya yolu ilə ərsəyə gəlib.

Azərbaycanda üzümçülüyün inkişafı isə bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində ölkəmizdə üzümçülük sürətlə inkişaf etmişdir. Bu gün Azərbaycanda üzümçülük yenidən inkişaf etdirilməkdədir. Dövlətin həyata keçirdiyi siyasətə daima dəstəyini nümayiş etdirən Heydər Əliyev Fondu da üzümçülük sahəsində qədim və zəngin ənənələrə malik Şamaxıda Üzüm və Şərab Festivalını təşkil edərək bu sahəyə öz töhfəsini verir.


Digər xəbərlər


Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək

Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək. Gulustan.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sə...

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib

Tanınmış azərbaycanlı müğənni Rəhim Rəhimli vəfat edib. Bu barədə prodüser Tarix Əliyev özünün «Instagram» hesabında...

Məşhur amerikalı reper vəfat edib

Amerikalı aktyor və tanınmış repçi Kulio (Coolio) 59 yaşında vəfat edib. Musiqiçinin meneceri Carezin sözlərinə görə, repçi do...

Azərbaycan İrəvanda keçiriləcək “Uşaq Avroviziyası” müsabiqəsində iştirak etməyəcək

Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Uşaq Avroviziyası – 2022” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu bar...

Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

Prezident İlham Əliyev «Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında» sərəncam imzalayıb. Sərəncamda deyilir:...

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq

Akademik Musiqili Teatr 113-cü mövsümünü Şuşada açacaq. Bu barədə Gulustan.info-ya teatrdan məlumat verilib. Bildirilib ki,...

Səyavuş Aslana aid materiallar Tarix Muzeyinə verilib

Teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslana məxsus olan üç əşya Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi ...

Məşhur caz ifaçıları Heydər Əliyev Mərkəzində

Sentyabrın 30-da Heydər Əliyev Mərkəzində 17-ci Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində caz ulduzları Melvin Trevis (Melvin Tr...