Bakı 20 ℃

USD 1.7
RUB 0.0284
EUR 1.6637
TRY 0.0917
Qızıl 2827.015
Gümüş 32.696

19.09.2022

Düşmən təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəlikləri silinib

Bu ay Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin banklara olan bütün növ kredit öhdəlikləri və onlara hesablanmış faizlər tam silinib.

Gulustan.info bu barədə «Azərbaycan Banklar Assosiasiyası» (ABA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu məsələ qurumun Rəyasət Heyətinin sentyabrın 16-da keçirlmiş geniş tərkibdə iclasında müzakirə edilib. İclasda borcların silinməsi məsələsi yekdilliklə təsdiq edilib.

«ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Prezidentin tapşırıqlarını və Azərbaycan Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq Şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildiriblər», — deyə məlumatda qeyd olunub.

ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyacının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.


Digər xəbərlər


III Maliyyə və İnvestisiya Forumunun bilet satışlarına start verilib!

“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tu...

Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olmuş “Gömrük tarifi haqqında” Qanunda dəyişi...

Daşınmaz əmlakla bağlı ödənişli xidmətlərin əhatəsi genişləndirilir

Daşınmaz əmlakla əlaqədar xidmət haqları tutulan xidmətlərin əhatəsi genişləndirilir. Gulustan.info-nun məlumatına görə, bu ba...

Dünya Bankı Ukraynaya 11 milyard dollar maliyyə yardımı edib

Dünya Bankı Ukraynaya təcili yardım üçün 11 mlrd. ABŞ dolları ayırıb. “TASS“ -ın verdiyi məlumata görə, bunu Dünya Bankının p...

Yeni ildən bütün növ pensiyalarda artım olacaq

Yeni ildən Azərbaycanda bütün növ pensiyalarda artımlar olacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlu...

Bu tarixdə bütün sosial yardımlar ödəniləcək

Sentyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu ba...

Bu mallar üzərində nəzarət sərtləşdirilir

Məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarət sərtləşdirilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və...

Birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı 15 mini ötüb

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müh...