Bakı 20 ℃

USD 1.7
RUB 0.0284
EUR 1.6637
TRY 0.0917
Qızıl 2827.015
Gümüş 32.696

22.09.2022

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əlaqələrinin inkişafı müzakirə olunub

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının rəhbərləri və nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, görüş zamanı, ABŞ-da yəhudi təşkilatları ilə əməkdaşlıq məsələləri və gələcək perspektivlər, regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb. Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Vətən müharibəsindən sonra post-münaqişə dövründə həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. C.Bayramov Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələrinin, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları yəhudi təşkilatlarının tərəfindən məmnunluqla bildirilib. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Digər xəbərlər


Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib. Bu barədə Gulustan.info-ya Xarici İşlər Nazirliyində...

Türkiyə XİN başçısı: “Azərbaycan qazının Şərqi Avropa ölkələrinə çatdırılmasına kömək edirik”

Türkiyə enerji məsələsində əziyyət çəkən ölkə deyil. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyaya səfəri çə...

Çavuşoğlu: “Türk dünyasında birliyin dərinləşməsi üçün çalışmalarımız davam edir”

“Türk dünyasındakı həmrəylik və birliyin daha da dərinləşməsi istiqamətində çalışmağa davam edirik”. Bunu Türkiyənin xarici iş...

Ərdoğan Azərbaycana gələcək

İki həftə ərzində Zəngilan hava limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənil...

İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi ...

Ceyhun Bayramov İsveçrə dövlət katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leu ilə görüşüb. Gulustan.info bildirir ki, bu ba...

İlham Əliyev Almaniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib. Gulusta...

Azərbaycanlılara qarşı cinayət törədənləri məsuliyyətə cəlb etmək lazımdır - Toivo Klaar

Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Bu barədə öz «Twit...