Bakı 13 ℃


29.09.2022

Daşınmaz əmlakla bağlı ödənişli xidmətlərin əhatəsi genişləndirilir

Daşınmaz əmlakla əlaqədar xidmət haqları tutulan xidmətlərin əhatəsi genişləndirilir.

Gulustan.info-nun məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir:

— daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;
— daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;
— daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;
— sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;
— torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.

Qanunda “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün dövlət rüsumu” maddəsinin adının “Ödənişlər” olaraq dəyişdirilməsi də təklif edilir.


Digər xəbərlər


Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək

Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barə...

Yaşayış minimumu haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarı...

2023-cü ilin dövət büdcəsi I oxunuşda qəbul edilib

Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun la...

İlon Mask bitkoinlə bağlı proqnoz verib

“Tesla” və “SpaceX”in sahibi İlon Mask dünyada ilk rəqəmsal valyutanın “sağ qalacağı”, lakin bitkoin üçün uzun bir “kripto qış” o...

Pensiyaların 400 manat üzərində olması planlaşdırılır

“Azərbaycan öz sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir...

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20 % artırılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri S...

Manatın məzənnəsi dəyişməyəcək - NAZİR

Azərbaycan manatının məzənnəsinin sabit qalması üçün çalışırıq. Gulustan.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siy...

2023-cü ildə müavinətlər, pensiyalar artırılacaq - Nazir AÇIQLAYIB

2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq. Gulustan.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye...