Bakı 13 ℃


03.10.2022

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib.

Bu barədə Gulustan.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir.

Konfrans çərçivəsində oktyabrın 3-də BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan olduqca yüksək göstəricilərlə — 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.

Azərbaycan XİN hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir.

Qeyd edək ki, sentyabrın 26-da başlayan konfrans oktyabrın 14-də yekunlaşacaq.


Digər xəbərlər


Vladimir Putin İlham Əliyevə zəng edib

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. ...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toi...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransaya gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya işgüzar səfərə gedəcək. “Sputnik-Armeniya” xəbə...

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulu...

Kreml: Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır

“Yaxın perspektivdə Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır, lakin rəsmi Moskva öz platformasında E...

Niderland səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

Noyabrın 25-də Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema Xarici İşlər Nazirliyinə dəvət edilib. Bu barədə Gulustan.info-...

Azərbaycan Prezidenti gələn il Tacikistana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev gələn il Tacikistana səfər edəcək. Bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Univ...

Ceyhun Bayramov Aktauda bəyanatla çıxış edir

Xarici işlər naziri Ceyhun Bayramov Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə bəyanat...