Bakı 13 ℃


03.10.2022

III Maliyyə və İnvestisiya Forumunun bilet satışlarına start verilib!

“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq III Maliyyə və İnvestisiya Forumunda (FIF2022) iştirak üçün qeydiyyat başlayıb.

“Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə III dəfə keçiriləcək forumun əsas məqsədi Azərbaycanın maliyyə və investisiya bazarının mövcud vəziyyətinin təhlili, bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətləri, habelə maliyyə və vergi maarifləndirməsi sahəsində dövlətin həyata keçirdiyi genişmiqyaslı tədbirlərə dəstək olmaqdan ibarətdir.

Bir gün və üç paneldən (“İnvestisiya strategiyaları”, “Maliyyələşmə strategiyaları”, “Vergi və hesabatlılıq”) ibarət olması planlaşdırılan tədbirdə ölkəmizin biznes, maliyyə sferasında fəaliyyət göstərən qərarverici şəxslər, ölkədə fəaliyyət göstərən xarici şirkət rəhbərləri, səfirliklərin iqtisadi missiyası üzrə cavabdeh şəxsləri, yerli və xarici məşhur şirkətlərin top menecerləri, sahibkarlar, şirkətlərin maliyyə, mühasibatlıq, vergi, investisiya, audit departamenti əməkdaşlarının iştirakı nəzərdə tutulub.

Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.fifbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

“Facebook”: https://www.facebook.com/fifbaku.az
“Instagram”: https://www.instagram.com/fifbaku.az/
“Linkedln”: https://www.linkedin.com/company/fifbaku-az/

İlin ən böyük maliyyə tədbirinə hər kəs dəvətlidir!


Digər xəbərlər


Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək

Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barə...

Yaşayış minimumu haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarı...

2023-cü ilin dövət büdcəsi I oxunuşda qəbul edilib

Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun la...

İlon Mask bitkoinlə bağlı proqnoz verib

“Tesla” və “SpaceX”in sahibi İlon Mask dünyada ilk rəqəmsal valyutanın “sağ qalacağı”, lakin bitkoin üçün uzun bir “kripto qış” o...

Pensiyaların 400 manat üzərində olması planlaşdırılır

“Azərbaycan öz sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir...

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20 % artırılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri S...

Manatın məzənnəsi dəyişməyəcək - NAZİR

Azərbaycan manatının məzənnəsinin sabit qalması üçün çalışırıq. Gulustan.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siy...

2023-cü ildə müavinətlər, pensiyalar artırılacaq - Nazir AÇIQLAYIB

2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq. Gulustan.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye...