Bakı 13 ℃


03.10.2022

İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

Gulustan.info xəbər verir ki, görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olundu.

Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunuldu, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirildi.

Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparıldı.


Digər xəbərlər


Vladimir Putin İlham Əliyevə zəng edib

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. ...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toi...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransaya gedəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya işgüzar səfərə gedəcək. “Sputnik-Armeniya” xəbə...

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulu...

Kreml: Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır

“Yaxın perspektivdə Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır, lakin rəsmi Moskva öz platformasında E...

Niderland səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

Noyabrın 25-də Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema Xarici İşlər Nazirliyinə dəvət edilib. Bu barədə Gulustan.info-...

Azərbaycan Prezidenti gələn il Tacikistana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev gələn il Tacikistana səfər edəcək. Bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Univ...

Ceyhun Bayramov Aktauda bəyanatla çıxış edir

Xarici işlər naziri Ceyhun Bayramov Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə bəyanat...