Bakı 13 ℃


28.10.2022

Azərbaycanda valyuta əməliyyatları üzrə nəzarət gücləndirilir

Azərbaycanda valyuta əməliyyatları üzrə nəzarət gücləndirilir.

Gulustan.info-nun məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında müzakirə edilən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Layihədə qeyd edilir ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər valyuta əməliyyatları üzrə nəzarətin gücləndirilməsini zəruri edir. Bu isə valyuta əməliyyatları üzrə yeni effektiv nəzarət mexanizmlərinin tətbiqini labüdləşdirir.

Qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.

Məlumat üçün bildiririk ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən valyuta nəzarəti orqanlarının rezident və qeyri-rezidentlər tərəfindən icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək, rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının qanunvericiliyin, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək, valyuta əməliyyatlarını yoxlamaq, bu əməliyyatlar üzrə hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək səlahiyyəti müəyyən edilib.

Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması valyuta nəzarəti orqanının bu səlahiyyətinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaqdır. Vahid informasiya sistemində rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlar toplanacaqdır. Valyuta nəzarəti agentləri (banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edəcək (ötürəcək) və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edəcəklər.

Layihəyə əsasən valyuta əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədilə informasiya sistemində toplanan məlumatların əldə edilməsi rezident və qeyri-rezidentlərin razılığı olmadan həyata keçirilə biləcəkdir.
Valyuta əməliyyatları maliyyə-bank əməliyyatlarına aid olduğundan layihədə vahid informasiya bazasında toplanılan məlumatların saxlanması müddəti qanunla müəyyən olunmuş pul vəsaitləri ilə bağlı əməliyyatlara dair məlumatların saxlanması müddəti ilə eynilik təşkil etməsi və bank sirrinin qorunması rejiminin tətbiq olunması nəzərdə tutulur.

Qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Digər xəbərlər


Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək

Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barə...

Yaşayış minimumu haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarı...

2023-cü ilin dövət büdcəsi I oxunuşda qəbul edilib

Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun la...

İlon Mask bitkoinlə bağlı proqnoz verib

“Tesla” və “SpaceX”in sahibi İlon Mask dünyada ilk rəqəmsal valyutanın “sağ qalacağı”, lakin bitkoin üçün uzun bir “kripto qış” o...

Pensiyaların 400 manat üzərində olması planlaşdırılır

“Azərbaycan öz sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir...

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20 % artırılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri S...

Manatın məzənnəsi dəyişməyəcək - NAZİR

Azərbaycan manatının məzənnəsinin sabit qalması üçün çalışırıq. Gulustan.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siy...

2023-cü ildə müavinətlər, pensiyalar artırılacaq - Nazir AÇIQLAYIB

2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq. Gulustan.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye...