Bakı 13 ℃


28.10.2022

Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” adlı fotosərgi açılıb

Bu gün Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb.

Açılış mərasimində çıxış edən BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya “Çağırışın 17 siması” adlı fotosərginin reallaşdırılması prosesindən danışıb. Bildirib ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirir.

“Azərbaycan “Çağırışın 17 siması” adlı fotosərginin həyata keçirilməsi təşəbbüsünə cavab verən ilk ölkə olub. Ona görə də bu gün Bakıda açılan ilk sərgi nadir və daha çox simvolikdir. Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğində çox fəal olan 17 Azərbaycan qadını daha ədalətli dünyanın yaradılmasında yaxından iştirak edir. Ümidvarıq ki, bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının digər ölkələri tərəfindən də reallaşdırılacaq. Sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”, — deyə Tatyana Valovaya diqqətə çatdırıb.

Qeyd edək ki, layihənin hədəfi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək, 17 dayanıqlı inkişaf məqsədinin reallaşmasına töhfə verməkdir. BMT-nin 2015-ci ildən elan etdiyi və Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədləri 15 il müddətinə insan inkişafı üçün əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığına təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarətdir.

Dayanıqlı İnkişaf Məqsədləri təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla, geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çıxarır. Bu məqsəd və hədəflər insanlıq naminə bütün formalarda və ölçülərdə yoxsulluğa son qoymaq, dünya naminə dayanıqlı istehlak və istehsalın dayanıqlı idarə olunmasını, planetimizi korlanmadan qoruyaraq indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsini, sülh naminə qorxu və zorakılıqdan azad olan dinc, ədalətli və ayrı-seçkiliyə yol verilməyən cəmiyyətlərin dəstəklənməsini və sair nəzərdə tutur.

Heydər Əliyev Mərkəzindəki sərgidə 17 dayanıqlı inkişaf məqsədini dəstəkləmək məqsədilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan, fərqli sahələrdə nailiyyətlər əldə edən 17 azərbaycanlı qadının portreti və ölkəmizin dəyərləri, tarixi, müasir inkişafı “Uğur hekayəsi”, “Başqalarına kömək etməkdən çəkinməyin”, “Sülh simvolu”, “Yalnız irəli!” və digər bölmələrdə təqdim edilir.

Layihə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib və 2022-2023-cü illər ərzində dünyanın daha 16 ölkəsində reallaşdırılacaq. Hər ölkədən öz dəyərlərini və mədəniyyətini təmsil edən, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun gələn 17 qadın seçiləcək. Milli sərgilərdən sonra 2023-cü ildə İsveçrənin Cenevrə şəhərindəki Millətlər Sarayında (Palais des Nations) 17 ölkənin 17 seçilmiş qadınının təmsil olunduğu sərgi keçiriləcək.


Digər xəbərlər


Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir H...

Bu gündən “Bakı Caz Festivalı - 2022” başlayır

Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Bakı Caz Festivalı şəhidlərin xatirəsinə ehtiramla əlaqədar ləğv edilib və n...

Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış tamaşanın premyerası olub

Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə, Puşkin adına “Qızıl medal”, ABŞ Xeyriyyə Cəmiyyətinin “Həyat açarı” (...

UNESCO-da Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçiriləcək

Noyabrın 3-də Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahının konsert zalında azərbaycanlı bəstəkar, SSRİ xalq artisti Fik...

Mehriban Əliyeva Rauf Abdullayevi 85 illik yubileyi ilə bağlı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər...

AzTV Atabəylər dövləti ilə bağlı tarixi serial çəkir - Azərbaycanda İLK

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni...

Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2022-ci ildə Azərbaycan musi...

Vətən müharibəsi ilə bağlı serialın istehsalına başlanılıb

«Qarabağ Vətən müharibəsi» şərti adlı çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılıb. Gulustan.info xə...