Bakı 13 ℃


31.10.2022

UNESCO-da Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçiriləcək

Noyabrın 3-də Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahının konsert zalında azərbaycanlı bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı baş tutacaqdır.

Bu barədə Gulustan.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gecənin təşkilatçılığı Mədəniyyət Nazirliyi və UNESCO-dur.

Konsertdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, SSRİ və Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər. Konsert proqramına bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti”, məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxildir. Yubiley konsertinin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.

Qeyd edək ki, 2022-ci ildə dahi Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100 illiyi tamam olur və yubileyə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir. Məlum olduğu kimi, 9-24 noyabr tarixlərində Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmiş və bu yubileyin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiqlənib.


Digər xəbərlər


Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir H...

Bu gündən “Bakı Caz Festivalı - 2022” başlayır

Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Bakı Caz Festivalı şəhidlərin xatirəsinə ehtiramla əlaqədar ləğv edilib və n...

Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış tamaşanın premyerası olub

Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə, Puşkin adına “Qızıl medal”, ABŞ Xeyriyyə Cəmiyyətinin “Həyat açarı” (...

Mehriban Əliyeva Rauf Abdullayevi 85 illik yubileyi ilə bağlı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər...

Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” adlı fotosərgi açılıb

Bu gün Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İ...

AzTV Atabəylər dövləti ilə bağlı tarixi serial çəkir - Azərbaycanda İLK

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni...

Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2022-ci ildə Azərbaycan musi...

Vətən müharibəsi ilə bağlı serialın istehsalına başlanılıb

«Qarabağ Vətən müharibəsi» şərti adlı çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılıb. Gulustan.info xə...