Bakı 13 ℃


04.11.2022

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20 % artırılacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında səsləndirilən təkliflərə cavabında deyib.

Nazir müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya artırılması məsələsinə də toxunub: “Bu məsələ daimi olaraq Azərbayan hökumətinin qarşısında duran prioritet məsələlərdən biridir. Müharibə əlillərinin, şəhid ailələrinin, müharibə iştirakçılarına dəstək verilməsi və bununla bağlı 2019-cu ildəki məbləğ təxminən 40 % artırıldı və indiki məbləğə bərabər oldu. Hazırda bizim 170 minin üzərində müharibə veteranı var. Onlar üçün çoxsaylı müxtəlif proqramlar etmişik və bunun da davamı gələcək. Ötən dövr ərzində 21 min müharibə iştirakçısı və əlilindən 8800-ü özünəməşğul proqramına cəlb olunub. 7000-i isə məşğulluq marafonu və müxtəlif alətlər vasitəsilə işlə təmin olunub və bu sahədə onlara qarşı göstərilən diqqət daimi olacaq”.


Digər xəbərlər


Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək

Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barə...

Yaşayış minimumu haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarı...

2023-cü ilin dövət büdcəsi I oxunuşda qəbul edilib

Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun la...

İlon Mask bitkoinlə bağlı proqnoz verib

“Tesla” və “SpaceX”in sahibi İlon Mask dünyada ilk rəqəmsal valyutanın “sağ qalacağı”, lakin bitkoin üçün uzun bir “kripto qış” o...

Pensiyaların 400 manat üzərində olması planlaşdırılır

“Azərbaycan öz sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir...

Manatın məzənnəsi dəyişməyəcək - NAZİR

Azərbaycan manatının məzənnəsinin sabit qalması üçün çalışırıq. Gulustan.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siy...

2023-cü ildə müavinətlər, pensiyalar artırılacaq - Nazir AÇIQLAYIB

2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq. Gulustan.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye...

Azərbaycanda pensiya ilə bağlı sığorta stajı daha 3 il uzadılır

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha 3 il uzadılır. Gulustan.info-nun xəbərinə görə, bununla bağlı “Əm...