Bakı 13 ℃


15.11.2022

Bu gündən “Bakı Caz Festivalı — 2022” başlayır

Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Bakı Caz Festivalı şəhidlərin xatirəsinə ehtiramla əlaqədar ləğv edilib və noyabr ayına təyin edilib.

Bu barədə Gulustan.info-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Noyabrın 15-dən 20-dək keçiriləcək festivalın yenilənmiş proqramı tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları ilə seçilir.

Bu, ilk növbədə, Grammy mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Noyabrın 15-də “Bakı Caz Festivalı – 2022” çərçivəsində Qreqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcək. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edəcək.

Noyabrın 16-da braziliyalı musiqiçi Eloiza Lourenso maraqlı proqramla çıxış edəcək, daha sonra festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsrailin Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelin qrupunun konsertləri ilə davam edəcək. “Bakı Caz Festivalı – 2022”-nin proqramını əfsanəvi Kenni Uilerin yeni “Sweet Time Suite” tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrande və truba ifaçısı Fulvio Siqurtanın italyan dueti bağlayacaq.

Noyabrın 17-də gənc caz ifaçıları üçün illik “I am Jazzman” müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və “Ekalogic”in yekun konserti keçiriləcək.

Bakı Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Noyabrın 17-də QGallery-də “Dancing Jazz” sərgisinin açılışı nəzərdə tutulub.

Növbəti maraqlı tədbir “YARAT” Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı olacaq.

Festival haqqında ətraflı məlumatı bakujazzfestival.com saytından əldə etmək mümkündür.


Digər xəbərlər


Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir H...

Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış tamaşanın premyerası olub

Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə, Puşkin adına “Qızıl medal”, ABŞ Xeyriyyə Cəmiyyətinin “Həyat açarı” (...

UNESCO-da Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçiriləcək

Noyabrın 3-də Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahının konsert zalında azərbaycanlı bəstəkar, SSRİ xalq artisti Fik...

Mehriban Əliyeva Rauf Abdullayevi 85 illik yubileyi ilə bağlı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər...

Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” adlı fotosərgi açılıb

Bu gün Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İ...

AzTV Atabəylər dövləti ilə bağlı tarixi serial çəkir - Azərbaycanda İLK

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni...

Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2022-ci ildə Azərbaycan musi...

Vətən müharibəsi ilə bağlı serialın istehsalına başlanılıb

«Qarabağ Vətən müharibəsi» şərti adlı çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılıb. Gulustan.info xə...