Bakı 13 ℃


24.11.2022

Əli Xameneinin bacısı qızı həbs edilib

İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.

“Azad İran” xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani tviterdə yazıb.

O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.

O 2018-ci ilin iyununda Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilmişdi.


Digər xəbərlər


Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Ağdam və Xocavənddəki mövqelərini atəşə tutub

Qanunsuz erməni silahlı dəstəsinin üzvləri Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini...

İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub. Bu barədə birinci xanım Mehriban Əliyeva paylaşım edib. ...

MN: Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib. Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən mə...

Bakıda güclü külək əsəcək - Dağlıq ərazilərdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçə...

Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub

Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub. Bu barədə Gulustan.info-ya Azərbaycan Minat...

MN: Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövq...

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksikada səfərdə olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksika Birləşmiş Ştatlarına səfər edib. Bu b...

Rusiyada uçuş məhdudiyyəti yenidən uzadılıb

Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb. TASS agen...