05.04.2017

Manat dollara nisbətən 5 aylıq maksimumu yeniləyib

manat-10

Bir müddət dollara nisbətən ucuzlaşan manat Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aprelin 4-də keçirilən hərracda gözlənilmədən möhkəmlənərək 5 aylıq maksimumu yeniləyib.

AMB tərəfindən aprelin 5-i üçün 1,7140 səviyyəsində müəyyən olunan USD/AZN rəsmi məzənnəsi ötən ilin noyabr ayının 23-də (1,7146) qeydə alınan göstəriciyə olduqca yaxındır.

Həmin dövrdən etibarən manatın məzənnəsində volatillik müşahidə olunub. Lakin bu müddət ərzində USD/AZN rəsmi məzənnəsi bu günə müəyyən olunan səviyyəyədək enməyib.

Ötən ilin noyabr ayının 23-dən cari ilin fevralın 4-dək olan müddət ərzində dolların manata nisbətən ən yüksək məzənnəsi 1-2 fevral tarixlərində qeydə alınıb.

O zaman dollar 1,9200 manatadək bahalaşa bilib. Beləliklə, fevral ayının 2-si ilə müqayisədə manat 10,7% bahalaşıb.

Ümumiyyətlə, ilin əvvəlindən manat dollara nisbətən 3,2% möhkəmlənib.

Aprelin 4-ü ilə müqayisədə isə bu günə olan USD/AZN rəsmi məzənnəsi 0,6% bahalaşıb. Xatırladaq ki, AMB aprelin 4-ə USD/AZN rəsmi məzənnəsini 1,7244 səviyyəsində müəyyən edib.

Onu da qeyd edək ki, aprelin 4-də AMB-də Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı baş tutub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7145 səviyyəsində formalaşmışdı.

U.A.
www.oxu.az


Digər xəbərlər


Fermerlərə dövlətdən dəstək: Hər hektara 60 manat veriləcək

Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən so...

Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...