17.05.2017

Bağlanan bankın milyonlarla manat borcu qalıb

1490623050

Ləğvetmə prosesində olan “Gəncəbank” ASC-nin kreditlərinin sayı 1083, ümumi kredit portfelinin həcmi isə 104 mln. manat təşkil edir.

Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, “Gəncəbank”ın standart kreditlərinin sayı 207, məbləği 1,7 mln. manat təşkil edir:

“Bu bankda qeyri-standart kreditlərin sayı 876, məbləği 102 mln. manat təşkil edir. Təminatsız kreditlərin sayı 281, məbləği 78 mln. manatdır.

Bankın cəmi öhdəliyi 61 mln. manat təşkil edir. Bankın fiziki şəxslərə qarşı öhdəliyi 2,6 mln. manat, hüquqi şəxslərə öhdəliyi 10,7 mln. manatdır”.

A.Cavadov əlavə edib ki, “Gəncəbank”ın cəlb olunmuş vəsaitlərə görə ən böyük öhdəliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) qarşısındadır: “Bankın Fond qarşısında öhdəliyi 39 mln. manat təşkil edir. Bankın Mərkəzi Banka olan öhdəliyi 7,5 mln. manatdır”.

www.oxu.az

 


Digər xəbərlər


Fermerlərə dövlətdən dəstək: Hər hektara 60 manat veriləcək

Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən so...

Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...