29.05.2017

Çin İrana qarşı sanksiya tətbiq edib

IMG09172017

Çin İranın neft-kimya sənayesinə sanksiya tətbiq edib.

Rəsmi Pekin 2017-ci ilin yanvar ayından başlayaraq İran şirkətlərindən alınan neft-kimya məhsulları ilə əlaqədar İran şirkətlərinə vəsait ödənilməsinə qadağa qoyub.

İranın neft-kimya məhsullarının 40 faizi məhz Çinə ixrac olunur. Çinə satdıqları malların pullarını ala bilməyən İran şirkətləri çətin duruma düşüb və məsələ ilə əlaqədar İran prezidentinin birinci müavini İshaq Cahangirzadəyə məktub yazıb.

İran ABŞ və Səudiyyə Ərəbistanının təzyiqi ilə Çinin İranın neft-kimya sənayesinə qarşı sanksiya tətbiq etdiyi qənaətindədir. İran iqtisadiyyat naziri problemin müzakirəsi və aradan qaldırılması üçün dünən Çinə səfərə yollanıb.

www.oxu.az


Digər xəbərlər


Fermerlərə dövlətdən dəstək: Hər hektara 60 manat veriləcək

Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən so...

Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...