10.03.2019

«Azərbaycan tarixi və mədəniyyəti» konfransı Həsən Ruhaninin müşavirinin tapşırığı ilə ləğv olunub

Xəbər verdiyimiz kim, martın 6-da təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Mühəqqiq Ərdəbili Universitetində «Azərbaycan tarixi və mədəniyyəti» konfransının keçirilməsinə icazə verilməyib. Konfransın  prezident Həsən Ruhaninin birinci müşaviri Hesaməddin Aşenanın göstərişi ilə ləğv olunduğu məlum olub

Bu barədə Mühəqqiq Ərdəbili Universitetinin «Xətayi dərnəyi» Teleqram kanalı məlumat yayılıb. Bildirilib ki, konfrans, başlanmasına bir neçə dəqiqə qalmış prezidentin müşaviri Hesaməddin Aşenanın Elm, Tədqiqat və Texnologiya Nazirliyinə göndərdiyi gizli məktub və bunun əsasında nazirliyin Mühəqqiq Ərdəbili Universitetinə təzyiqi ilə ləğv olunub.

Maraqlı məqam ondan ibarətdir ki, nazirlik həmin məktubu olduğu kimi Mühəqqiq Ərdəbili Universitetinə göndərib.

«Son aylarda bəzi millətçilər və bölücü qüvvələr universitetlərdə qövmlərin təhrik olunmasına şərait yaratmağa çalışır. Eləcə də Ermənistanın baş naziri ölkəyə səfər etdikdən sonra bölücü qüvvələr ölkənin şimal-qərbində xüsusi təbliğat aparıb. Bütün bunları nəzərə alaraq universiteti qövmlərarası qarşıdurma məkanına çevirmək olmaz, buna icazə verilməməlidir»- deyə Hesaməddin Aşenanın məktubunda qeyd olunub.

Prezident müşaviri nazirliyə göndərdiyi məktubda «Pəhləvi rejiminə qarşı mübarizə adı ilə İranın əleyhinə fəaliyyət göstərilir» deyə vurğulanıb.

«Azərbaycan tarixi və mədəniyyəti» konfransının mövzusu, Pəhləvi rejimi dövründə Azərbaycanın durumu məsələsindən ibarət olub. Tədbirdə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddinin çıxış etməsi nəzərdə tutulmuşdur.

Mövzu ilə bağlı azərbaycanlı araşdırmaçı və yazıçı Məhəmməd Rəhmanifər belə yazıb:

«Bu, birinci dəfə deyil ki, mənim müxtəlif universitetlərdə çıxışım ləğv olunur. Amma bəlkə də birinci dəfədir ki, prezident müşavirinin göstərişi ilə ləğv olunur. O prezident ki, «Ümid və Tədbir» şüarı və islahatçıların dəstəyi ilə bu posta seçilib. Onlar hər zaman «söz azadlığı» şüarı ilə çıxış ediblər, lakin heç vaxt o şüara əməl etməyib və inanmayıblar!»

Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə, təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır. Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan «Beynəlxalq Ana Dili Günü» konfransı, Təbrizdə Səccad Zeynalinin «Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə «Azərbaycan qadın aşıqları konserti» təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.

Mənbə gunaz.tv


Digər xəbərlər


Mədəniyyət nazirliyinin qurbanlarından biri - Abşeron "daş yolları" - FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayı...

Asəf Zeynallının məzarının hazırkı vəziyyəti təəccüb yaratdı

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan musiqisinə əsrarəngiz töhvələr verən dahi bəstəkarımız Asəf Zeynallının məzarının hazırkı vəziyyəti i...

Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...