18.03.2019

İlaxır çərşənbədə yağış yağacaq

Ölkə ərazisində martın 19-na — ilaxır çərşənbəyə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək — 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında martın 19-u günün ikinci yarısınadək güclü xəzri küləyinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Məhdudiyyətlər KİV-ə də şamil ediləcək

«Ola bilsin ki, məhdudiyyətlər Kütləvi İnformasiya Vasitələrinə də şamil ediləcək». Gulustan.info xəbər verir ki, bunu bu gün Nazirlər K...

SON DƏQİQƏ! Lukaşenko höküməti istefaya göndərdi

Belarusiyada hökumət istefaya göndərildi. Kanal8 xəbər verir ki, Belarusiya Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib. Lukaşenk...

190 manat yenidən aktuallaşa bilər

“190 manat birdəfəlik ödəmə aprel və may ayları üçün nəzərdə tutulmuşdu”. «190 manat birdəfəlik ödəmənin verilməsi yenidən aktuallaşa bilər&#...

Həftə sonları bütün ticarət mərkəzləri bağlı olacaq

“Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub». Gulustan.info xəbər verir ki, bunu bu gün Naz...