09.04.2019

Samsung şirkəti Galaxy J seriyasının istehsalını dayandırdı

Samsung şirkəti rəsmi olaraq təsdiqlədi ki, o, Galaxy J seriyasından imtina edir və onu Galaxy A seriyası ilə əvəz edəcək. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin Malayziyadakı şöbəsi Galaxy A30 və Galaxy A50smartfon modellərinə həsr olunmuş reklam videosunu təqdim edib. Həmin videoda sözügedən smartfonların özəllikləri barəsində məlumatlar verilir: Çərçivəsiz Infinity ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, yüksək batareya həcmi, sürətli enerji yığma texnologiyası və üçlü arxa kamera.

Lakin diqqəti cəlb edən əsas məqam məhz həmin videonun «Galaxy J is now Galaxy A» adlanmasıdır. Bu isə o deməkdir ki, şirkət Galaxy J seriyasından tamamilə imtina edərək onu Galaxy A ilə əvəzləyib. Qeyd etmək lazımdır ki, şirkətin Galaxy J seriyasına büdcəli smartfon modelləri daxil idilər.

Baxmayaraq ki, onlar büdcəli smartfonlar idilər, yenə də öz qiymətləri və texniki göstəriciləri baxımından rəqib şirkətlərin məhsullarından geridə qalırdılar. Galaxy A seriyasının cihazları isə yüksək olmayan qiymətə flaqman özəlliklər təklif edirlər. Bu il Galaxy A seriyasında artıq Galaxy A10, A20, A30, A50 və A70 smartfon modelləri təqdim olunublar. 10 aprel tarixində isə Galaxy A90 və A60 modelləri təqdim olunmalıdır.

Mənbə technote.az


Digər xəbərlər


Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...