15.05.2019

Bakıda növbəti tədbir «Futbol və Biznes» sammiti baş tutub

Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə «Futbol və Biznes» sammiti keçirilib

«Fairmont» otelində baş tutan tədbir üç paneldən ibarət olub.

İlk paneldə AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev, Vergilər Nazirliyinin nümayəndəsi Elçin Məmmədov və PwC audit şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev iştirak edib.

İkinci panelə Substance şirkətinin rəhbəri Tim Crabbe, UNİCEF-in Azərbaycan üzrə nümayəndəsi Edward Carwardine, UEFA-nın Biznes İnkişaf meneceri Aleksandr Kuçeryavı qatılıb.

Üçüncüdə isə T.Piriyevlə yanaşı «SportMatters» şirkətindən Tom Liston və «Coca Cola» şirkətinin nümayəndəsi Elşad Fərzəliyev olub.

Tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub rəsmiləri və digər şəxslər iştirak edir.

Sammitdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılıb. Həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə edililib.

Tədbirin sonunda sammit iştirakçıları arasında lotereya təşkil olunub. Məşhur futbolçu Rober Piresin müəyyənləşdirdiyi qalibin hər biri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı üçün iki ədəd bilet qazanıb.

Mənbə/Foto report.az


Digər xəbərlər


Məhdudiyyətlər KİV-ə də şamil ediləcək

«Ola bilsin ki, məhdudiyyətlər Kütləvi İnformasiya Vasitələrinə də şamil ediləcək». Gulustan.info xəbər verir ki, bunu bu gün Nazirlər K...

SON DƏQİQƏ! Lukaşenko höküməti istefaya göndərdi

Belarusiyada hökumət istefaya göndərildi. Kanal8 xəbər verir ki, Belarusiya Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib. Lukaşenk...

190 manat yenidən aktuallaşa bilər

“190 manat birdəfəlik ödəmə aprel və may ayları üçün nəzərdə tutulmuşdu”. «190 manat birdəfəlik ödəmənin verilməsi yenidən aktuallaşa bilər&#...

Həftə sonları bütün ticarət mərkəzləri bağlı olacaq

“Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub». Gulustan.info xəbər verir ki, bunu bu gün Naz...