15.05.2019

UBER-dən möhtəşəm yenilik — Danışmayan sürücü funksiyası gəlir

ABŞ-da olan Uber istifadəçiləri Uber Black və Uber Black SUV premium gedişlərin sifarişi zaman Uber tətbiqində xüsusi üstünlüklərin əks olunacaqları ayarları görəcəklər. Həmin ayarlar vasitəsilə sərnişinlər sifariş olunmuş avtomobilin salonundakı hansı temperaturun onlar üçün uyğun olub-olmadığını, özləri ilə yüklərin daşınılıb-daşınmadığını və istəyə uyğun olaraq avtomobil sürücü ilə danışıb-danışmamağı seçə biləcəklər.

Bu cür özəlliklərdən yalnız sifarişdən öncə istifadə etmək olacaq. Əgər sifariş verilibsə və sərnişin həmin özəlliklərdən birini sifariş sonrası istifadə etmək istəyirsə bu alınmayacaq. Uber şirkəti bildirib ki, səyahət zamanı səssiz rejimi istifadəçilər uzun müddət tələb edirdilər. Şirkət onu da qeyd edib ki, sərnişin ilə danışıb-danışmamağa sürücü özü qərar verir. Əlavə olunmuş son özəlliklərə riayət sayəsində onlar öz Uber reytinqlərini qaldıra biləcəklər.

Mənbə technote.az


Digər xəbərlər


Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...