11.06.2019

Apple şirkəti iPhone istehsalını dayandırmağa hazırlaşır — Çində

Apple şirkəti ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin uzanacağı təqdirdə bütün iPhone modellərinin istehsalını Çindən kənara keçirdə bilər. Bu barədə Bloomberg saytının Foxconn şirkətinin rəhbərliyinə istinadən verdiyi məlumata əsasən Macdigger saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Tayvanın Foxconn şirkəti Apple cihazlarının böyük hissəsini istehsal edir.

«Bizim istehsalat gücümüzün 25%-i çindən kənarda yerləşir və biz Apple şirkətinin ABŞ bazarındakı tələbatlarını ödəyə bilərik» — deyə Foxconn şirkətinin direktorlar şurasının sədri Young Liu bildirib. O həmçinin qeyd edib ki, şirkət hal hazırda Hindistandakı istehsalat gücünü artırmaq üçün investisiyalar da yatırmaqla məşğuldur. Hal hazırda ABŞ bazarı üçün nəzərdə tutulmuş iPhone ilə iPad modellərinin böyük bir hissəsi məhz Çində istehsal olunur.

Lakin ABŞ hökuməti Çin mallarına yeni qiymət tariflərinin təyin olunmasında Pekinə xəbərdarlıq edir. Bu isə öz növbəsində Apple məhsullarının qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. Apple şirkəti hələki Foxconn-dan istehsalatın Çindən kənara keçirilməsini istəməyib. Hindistanın isə Apple şirkəti üçün əsas istehsalat mərkəzinin olub-olmayacağı bilinmir. Hal hazırda Foxconn şirkəti Hindistanda iPhone XR də daxil olmaqla bir sıra köhnə iPhone modellərini istehsal edir.

Mənbə technote.az


Digər xəbərlər


Fermerlərə dövlətdən dəstək: Hər hektara 60 manat veriləcək

Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən so...

Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...