12.06.2019

Opera və Balet Teatrında «Leyli və Məcnun»nun növbəti tamaşası keçiriləcək

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının növbəti tamaşası keçiriləcək.

Teatrdan verilən məlumata görə, budəfəki tamaşa Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunub.

Məlum olduğu kimi H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində bir sıra tamaşalarda çıxış etmiş, Məcnun («Leyli və Məcnun»), Kərəm («Əsli və Kərəm»), Sərvər («O olmasın, bu olsun»), Şeyx Sənan («Şeyx Sənan»), Qərib («Aşıq Qərib»), Şah İsmayıl («Şah İsmayıl») və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdu.

Görkəmli sənətkarın xatirəsinə həsr olunmuş tamaşada əsas partiyaları əməkdar artistlər Arzu Əliyeva (Leyli), İlkin Əhmədov (Məcnun), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Nurlan Namazov (İbn-Səlam), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dədmirov (Məcnunun atası) və b. ifa edəcəklər.

Mənbə trend.az


Digər xəbərlər


Mədəniyyət nazirliyinin qurbanlarından biri - Abşeron "daş yolları" - FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayı...

Asəf Zeynallının məzarının hazırkı vəziyyəti təəccüb yaratdı

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan musiqisinə əsrarəngiz töhvələr verən dahi bəstəkarımız Asəf Zeynallının məzarının hazırkı vəziyyəti i...

Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...