12.06.2019

Sabah Milli Məclisin növbədənkənar plenar iclası baş tutacaq

Sabah – iyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 36 məsələ daxildir.

Bunlar «Məhkəmələr və hakimlər haqqında», «Dövlət rüsumu haqqında», «Banklar haqqında», «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında», «Bələdiyyələrin statusu haqqında» və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.

İclasda «Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq.

İclas iyunun 14-də də davam etdiriləcək.

Növbədənkənar sessiyanın iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçirilməsi planlaşdırılır.

Mənbə report.az


Digər xəbərlər


"Zərdən" asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar - Hərbi icmalçı ŞƏRH EDİR

«Zərdən» asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar — Hərbi icmalçı ŞƏRH EDİR «Atəşkəsin 26 ili...

Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki,...

Tramp Qeyts və Sorosun hədəfində – “Amerikada, Amerika səfirliyi işə başlayıb”

“Amerikada Amerika səfirliyi işə başlayıb, xəbərimiz yoxdur..? Daha doğrusu Tramp liberal-demokratların hədəfində”. Bu fikirləri Kanal8-də ABŞ-da ...

İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”...