12.06.2019

Shazam artıq qulaqlıqlarda səslənən mahnıları da təyin edə bilir

Məşhur Shazam servisinin tərtibatçıları sözügedən tətbiqin Android versiyasına Pop-up Shazam adlı yeni funksiyanı əlavə ediblər. Həmin funksiya sayəsində istifadəçi kənar tətbiqlərdən çıxmadan həmin tətbiqlərdəki və qulaqlıqlarda səslənən mahnını təyin edə bilər. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib.

Sözügedən yeni funksiya həm naqilli qulaqlıqlarda həm də nailqisz qulaqlıqlarda çalışır. Daha əvvəllər məsələn YouTube-da səslənən məhnını tapmaq üçün ya qulaqlığı smartfondan çıxarmaq lazım idi ya da qulaqlığı smartfon mikrofonuna yaxınlaşdırmaq lazım idi. Bu yeni funksiyanın aktiv olduğu zaman smartfon ekranının yuxarı hissəsində xüsusi bildiriş əks olunur. Həmin bildirişə klik edən zaman isə Shazam işarəsi ortaya çıxır. Həmin işarəyə klik edəndə tətbiq səslənən musiqini axtarmağa başlayır.

Sözügedən funksiyanı deaktiv etmək üçün sadəcə olaraq Shazam işarəsini swype etmək lazımdır. Smartfon ekranın yuxarı hissəsində ortaya çıxan xüsusi bildirişi deaktiv etmək üçün isə Shazam tətbiqinin ayarlarına daxil olmaq və ya həmin bildirişi aşağı endirərək deaktiv etmək düyməsinə klik etmək lazımdır. iOS üçün bu funksiya aktiv deyil. Çünki iOS əməliyyat sistemi daimi bildirişlər formatını dəstəkləmir.

Mənbə technote.az


Digər xəbərlər


Milli Məclis 4 məsələyə görə toplanır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.İclasın gündəliyinə 4 məsələ daxil edilib.Bunlar aşağıdakılardır:1...

Bu günə külək, yağış gözlənilir

İyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman ol...

Tramp: “Tehranla sazişlər mümkündür”

İranda amerikalı Maykl Uaytın həbsdən azad olunması göstərdi ki, rəsmi Tehranla saziş mümkündür. Bu barədə özünün “Twitter”dəki səhifəsi...

Rusiyada İES-də qəza - Putin fövqəladə vəziyyət elan etdi

Rusiyanın Norilsk şəhərində ekoloji fəlakət baş verib. Gulustan.info xəbər verir ki, bölgədəki istilik elektrik stansiyasında baş verən qəza nətic...