13.06.2019

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! İşə qəbul İyun ayının sonundan başlayacaq

İyunun sonundan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Test imtahanı mərhələsinin iyul ayında keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Mənbə azertag.az


Digər xəbərlər


Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.  Müraciətdə deyilir ki, qurumun Sabunçu, Qaradağ, Binə, ...

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.  Əmrin imz...

İranda güclü zəlzələ: Əhali küçələrə axışıb

İranın Elam vilayətində 5 bal gücündə zəlzələ olub. İraqla sərhəd ərazidə baş vermiş zəlzələ zamanı sakinlər təşvişə düşərək küçələrə çıxıblar. Ye...

Milli Məclis 4 məsələyə görə toplanır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.İclasın gündəliyinə 4 məsələ daxil edilib.Bunlar aşağıdakılardır:1...