13.06.2019

Tehranda 4 mindən çox uşaq zibilliklə keçimini təmin edir

2018-ci ilin 9 ayı ərzində İrandan işləyən və küçə uşaqlarının sayı 7 min nəfərdən çox elan edilsə də, hazırda təkcə Tehranda 14 mindən artıq zibilliklə keçimini təmin edən şəxs var və onun 1/3-dən çoxu uşaqlardır.

Uşaq Haqlarının Müdafiəsi Assosiasiyasının icraçı direktoru Fərşid Yəzdaninin iyunun 12-də dediklərinə əsasən, Tehranda zibillik vasitəsilə həyatını və ailəsini təmin edən uşaqların sayı, problemləri və onların həll yollarını tapmaq üçün “uşaqlığın yağmalanması” adı altında tədqiqat aparılıb. Nəticədə təkcə paytaxt Tehranda 14 min zibillə dolanan insanın olduğu məlum olub və onların da 4 min 700 nəfərini uşaqlar təşkil edir.

İranda zibil daşıyan şəxslərin dəqiq sayı ilə bağlı isə rəsmi statistika mövcud deyil.

Digər tərəfdən, müxtəlif mənbələr, eləcə də Tehran şəhər şurasının üzvü Bahar Arvin bildirir ki, “zibil daşıma sektoru” Tehran bələdiyyəsinin monopoliyasına çevrilib. Bələdiyyə podratçılardan istifadə etməklə, zibil yığan insanlardan yenidən emal edilmək üçün satıla bilən zibilləri çox ucuz qiymətə alır, daha sonra onları baha qiymətə müəssisələrə satır.

Bahar Arvin həmçinin bildirir ki, bələdiyyə bunun vasitəsilə milyardlarla dollar vəsaiti büdcədən oğurlayıb və iş o yerə çatıb ki, artıq Tehranda “zibil mafiyaları” mövcuddur.

Mənbə gunaz.tv


Digər xəbərlər


Milli Məclis 4 məsələyə görə toplanır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.İclasın gündəliyinə 4 məsələ daxil edilib.Bunlar aşağıdakılardır:1...

Bu günə külək, yağış gözlənilir

İyunun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman ol...

Tramp: “Tehranla sazişlər mümkündür”

İranda amerikalı Maykl Uaytın həbsdən azad olunması göstərdi ki, rəsmi Tehranla saziş mümkündür. Bu barədə özünün “Twitter”dəki səhifəsi...

Rusiyada İES-də qəza - Putin fövqəladə vəziyyət elan etdi

Rusiyanın Norilsk şəhərində ekoloji fəlakət baş verib. Gulustan.info xəbər verir ki, bölgədəki istilik elektrik stansiyasında baş verən qəza nətic...