13.06.2019

“Yanardağ” qoruğuna müasir avtobusların ayrılması üçün müraciət olundu

Dövlət Turizm Agentliyi (DTA) «Yanardağ» Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna müasir avtobusların işləməsi üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edəcək.

Bunu DTA-nın Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

“Qoruğun ərazisinə marşrut avtobusları işləyir və hər kəs ondan istifadə edir. Lakin BNA-ya müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın. Qoruğa həmçinin tur avtobusları da gəlir. Hər bir saatdan bir Hökumət Evinin yanından «Baku City Tour» avtobusları çıxır və onlar həm «Yanardağ»a, həm də «Atəşgah»a gedir. Avtobuslardan istifadə zamanı, həmçinin qoruq ərazisinə gedərkən «Bakı kart»lardan istifadə edilə bilər. Bu zaman endirimlərdın yararlanmaq mümkün olacaq», — o qeyd edib.

DTA rəsmisi əlavə edib ki, gələcəkdə qoruq ərazisində tibb məntəqəsi açılacaq: «Kim bilet alıb, qoruq ərazisində daxil olursa, onlar artıq sığortalanır və hər hansı hadisə olsa, həmin şəxslərə yardım edilir».

Mənbə marja.az


Digər xəbərlər


Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır

Kanal8 xəbər verir ki, iyunun 3-də Sədarətinin Qafar Çaxmaqlının sədrliyi ilə növbəti videokonfransı olub. Ötən könfransda qəbul edilən qərarların ic...

Mətbuat Şurası həftəsonu qadağalarla bağlı jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurasının məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına ...

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlanıb

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımla bağlı edilən yenilikləri açıqlayıb.  Nazirlikdən verilən məlumata gö...

Azərbaycanda yeni sığorta brokeri yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Status Sığorta Brokeri” MMC-ni dövlət qeydiyyatına alıb. Gulustan.info nazirliyə istinadən xə...