20.06.2019

İrlandiya daxili yanacaq mühərrikli avtomobillərdən imtina edir

Elektromobillərə keçid iqlim neytrallığının əldə olunması planının vacib hissəsidir. Bununla yanaşı İrlandiya bərpa olunan enerji mənbələri sahəsini inkişaf etdirəcək və zibil tullantıları ilə mübarizə aparacaq. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə İrlandiya hökuməti elan edib ki, o, 2030-cu ilə kimi benzin və dizel mühərrikli yeni avomobillərin satışını qadağan edəcək. Həmin vaxta kimi ölkədə 950.000 ədəd yeni elektromobil və elektromobillər üçün şarj stansiyaları istifadəyə verilməlidir.

Daxili yanacaq mühərrikli atomobillərdən imtina edilməsi “İqlim sahəsi üzrə fəaliyyət planı”nın vacib hissəsidir. Həmin plan həmçinin özündə biznes, tikinti, nəqliyyat vasitələri, kənd təsərrüfatı və tullantıların yönəldilməsi sahələrinə aid 180 tədbiri özündə birləşdirir. Əsasən İrlandiya 2030-cu ilə kimi elektroenerjinin və bərpa olunan mənbələrin payını 70%-ə kimi yüksəltməyi, 2050-ci ilə kimi isə iqlim üzrə neytral ölkə olmağı planlaşdırır. 

Sözügedən planda təkcə iqlim tədbirləri deyil həm də plastik tullantılar kimi emal olunması qəliz olan digər tullantı növləri ilə mübarizə məsələləri də müzakirə olunub. İrlandiyanın baş naziri Leo Varadkar-ın sözlərinə əsasən sözügedən layihənin əsas məqsədi aşağı karbon qazlı və dözümlü iqlimə sahib gələcəyin yaradılması yolunda insanlara və biznesə təkan verməkdir. Bir neçə müddət bundan öncə İrlandiya parlamenti qazıntı yanacaq sahəsiə dövlət investisiyalarının cəlb olunmasından imtinaya səs vermişdi.

Mənbə technote.az


Digər xəbərlər


Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...