28.06.2019

Rusiya və Çin dollardan imtina etdi

Hazırda Rusiya və Çin müəssisələri arasında yeni hesablaşma mexanizmlər yaradılır

Rusiya və Çin milli valyutalarda hesablaşmalara keçid haqqında hökumətlərarası razılaşma imzalayıb. Rusiya KİV-nə istinadən xəbər verilir ki, müvafiq sənədi Rusiya maliyyə naziri Anton Siluanov və Çin Mərkəzi bankının sədri İ Qan tərəfindən imzalanıb.

Rusiya maliyyə nazirinin müavini Sergey Storçakın müvafiq məktubundan məlum olur ki, tərəflər sazişi hələ iyunun 5-də imzalayıblar.

Məktubda qeyd olunur ki, hazırda Rusiya və Çin müəssisələri arasında yeni hesablaşma mexanizmlər yaradılır.

Nəşr yazır ki, tərəflər arasında milli valyutalarda hesablaşmaların artırılması üçün rubl və maliyyə alətləri bazarının yaradılması önəmlidir. Yaxın gələcəkdə Çinlə hesablaşmalarda rublun payı 50%-ə çata bilər. Hazırda isə bu rəqəm 10% civarındadır.

Mənbə, həmçinin bildirib ki, tərəflər artıq dollarla bağladığı müqavilələr üzrə də hesablaşmalarda rubl və yuana keçə bilər.

Mənbə sputnik.az


Digər xəbərlər


Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...