28.06.2019

Tesla şirkətinin gizli layihəsi ortaya çıxdı

Tesla şirkəti Frimontdakı avtomobil zavodunun yanındakı müəssisədə elektromobillər üçün gizli şəkildə özünün batareyalarının yaradılması üzərində çalışır. Bu barədə CNBC saytına istinadən Vc.ru saytı xəbər verib.

Qeyd etmək lazımdır ki, Frimontdakı zavodda şirkət Model SModel X və Model 3 elektromobillərini istehsal edir. Onlar üçün olan batareyalar isə Nevadadakı Gigafactory adlı zavodda istehsal olunur. Bu zavoddan Panasonic şirkəti ilə birlikdə istifadə edilir. Məlumata əsasən, Tesla şirkətinin tədqiqat komandasının əməkdaşları litium-ion batareyalarının prototipi və elektromobil hissələrinin irimiqyaslı istehsalına imkan verəcək təchizatın yaradılması üzərində çalışırlar.

Bu ilin may ayında şirkət batareya istehsalı ilə məşğul olan mühəndislər üçün vakansiyalar yerləşdirmişdi. Öz batareyaların yaradılması ilə Tesla şirkəti daha ucuz və yüksək performanslı elektromobillər təklif edə bilər. Bununla yanaşı şirkət öz partnyorları ilə resurs və texnologiyaları bölüşməmək hüququna da sahib ola bilər. Lakin CNBC-nin fikrincə əgər Tesla öz layihəsini vaxtında reallaşdırsa belə çətin ki, o, yaxın zamanda Panasonic və digər şirkətlər ilə əməkdaşlığın dayandırılmasını qərara alsın. Məlumata əsasən Tesla şirkəti Panasonic və LG şirkətləri ilə əməkdaşlıq edəcək.

 Həmin şirkətlər Şanxayda istehsal olunacaq Model 3 elektromobil modelləri üçün batareyaları istehsal edəcəklər. Bu ilin yanvar ayında Panasonic Toyota ilə birlikdə elektromobil batareyalarının birgə istehsalını anons etmişdi. Bu iki şirkət bunun üçün ortaq müəssisə yaradacaq. Həmin müəssisənin 51%-i Toyota şirkətinə 49%-i isə Panasonic şirkətinə məxsus olacaq. Aprel aynda isə Panasonic şirkəti elan etmişdi ki, o, müəyyən müddətlik Tesla Gigafactory zavoduna investisiyaları dayandıracaq. Bu səbəbdən Tesla şirkətinin CEO-su Elon Musk isə Model 3 elektromobil modelinin istehsalat tempinin aşağı salınmasında Panasonic şirkətini günahlandırmışdı.

Mənbə technote.az


Digər xəbərlər


Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...