29.06.2019

Metrodan istifadə edənlərin nəzərinə — Hərəkət qrafiki dəyişdirilir

Tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, hər il olduğu kimi, Bakı Metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.

iyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək. Mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq. Başqa sözlə, sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq.
Metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-dək davam edir. Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək.

Xətlərin “28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə çox — gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.
Günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə “Nərimanov” elektrik deposuna daxil olması və orada xəttə yola salınması ilə bağlıdır və texniki tələblərə uyğun olaraq, zəruri addımdır.
Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq. Sərnişinlərin və “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının istifadəçilərinin marağı və müraciəti nəzərə alınaraq “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik qüvvəyə mindiyi gün saytın müvafiq bölməsində dərc olunacaq və stansiyalarda yerləşdiriləcək.

Mənbə AZƏRTAC


Digər xəbərlər


NASA: Yerə təhlükəli meteorid yaxınlaşır

ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) potensial təhlükəli sayılan və ölçülərinin 250-570 metr olaraq qiymətləndirildiyi bir meteoridin Yerə yaxınla...

Trampın çağırışına Pentaqondan reaksiya - "Son seçim olmalıdır"

ABŞ-da Corc Floydun ölümündən sonra anti-irqçi hərəkat alovlanarkən Prezident Donald Trampın «ordunu ora göndərərəm» açıqlamasına Pentaqond...

Maska taxılmamasına görə cərimələr qüvvəyə minib

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra ...

Dərsliklərin məktəblərə geri qaytarılma tarixi - RƏSMİ

«Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərsliklərinin təhvil alınması prosesi həyata keçirilmələcək». Gulustan.info verir ki, b...