06.07.2019

Azərbaycanda hərbi hissədə partlayış — Ölənlər var

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu — gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az


Digər xəbərlər


Rusiya Ermənistanın siqaret qaçaqmalçılığını araşdırır

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır. Gulustan.info xəbər verir ki, b...

Karantin rejimini pozanlara ciddi xəbərdarlıq

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tut...

“Koronavirus Çin laboratoriyasında yaranıb”

Britaniyanın MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri Ser Riçard Dirlav COVID-19-un laboratoriyada hazırlandığına və təsadüf nəticəsində yayıldığına ...

Tramp İranın neft ixracatına embarqonun müddətini artırıb

ABŞ prezidenti Donald Tramp İrandan neft və neft məhsullarının idxalına qoyulmuş embarqonun müddətini uzadıb.Müvafiq memorandum Ağ Evin mətbuat xidmə...