08.07.2019

Şəki halvası yemək istəyənlərə ŞAD XƏBƏR — istehsal iki dəfə artırılacaq

«Şəki halvası, şirniyyat və un məmulatlarının istehsalı ilə məşğul olan “Halvaçı Yəhya” şirkəti istehsal həcmini artırmağı planlaşdırır.»

Bunu müəssisənin direktoru Ramin Səmədov deyib.

Onun sözlərinə görə, müəssisədə gündəlik olaraq 150-160 kiloqram Şəki halvası istehsal olunur:

“Bu məhsul istehsalının əsasını təşkil edir və tamamilə daxili bazarda satılır. Müəssisənin gündəlik istehsal həcmi 250 kiloqram təşkil edir. İstehsal gücünü iki dəfə artırmaq mümkündür, biz sutkada 500 kiloqram məhsul istehsal edə bilərik”.

Direktor bildirib ki, məhsulun qonşu ölkələrə ixracı planlaşdırılır:

“Perspektiv istiqamət qismində Rusiya bazarını nəzərdən keçiririk. Hazırda Rusiyada tərəfdaşların axtarışı ilə məşğuluq və iri həcmdə sifarişlərə hazırıq”.

R.Səmədov əlavə edib ki, müəssisənin məhsulları şirkətin xüsusi mağazasında satılır. Halvanın bir kiloqramının qiyməti 6 manat, qozla hazırlanan halvanın qiyməti isə 9 manata bərabərdir.

Mənbə trend.az


Digər xəbərlər


Rusiya Ermənistanın siqaret qaçaqmalçılığını araşdırır

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır. Gulustan.info xəbər verir ki, b...

Karantin rejimini pozanlara ciddi xəbərdarlıq

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tut...

“Koronavirus Çin laboratoriyasında yaranıb”

Britaniyanın MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri Ser Riçard Dirlav COVID-19-un laboratoriyada hazırlandığına və təsadüf nəticəsində yayıldığına ...

Tramp İranın neft ixracatına embarqonun müddətini artırıb

ABŞ prezidenti Donald Tramp İrandan neft və neft məhsullarının idxalına qoyulmuş embarqonun müddətini uzadıb.Müvafiq memorandum Ağ Evin mətbuat xidmə...