11.07.2019

11 İyul – Ümumdünya Əhali Günüdür

İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu gün ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd edilib.

Məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Son açıqlamalara əsasən, dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötüb. Əhalisinin sayına görə ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Azərbaycan 10 milyondan çox əhalisi ilə 89-cu yerdədir.

Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb. Ölkəmizdə də bu cür tədbirlər diqqət mərkəzindədir. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

Mənbə AZƏRTAC


Digər xəbərlər


Əl-Qaidə lideri öldürüldü - Xüsusi əməliyyat

Əl-Qaidə lideri Abdel Malek Droukdelin Malidə terror təşkilatına qarşı keçirilən əməliyyatda öldürülüb. Kanal8 xəbər verir ki, bu barədə məlumatı ...

Rusiya Ermənistanın siqaret qaçaqmalçılığını araşdırır

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır. Gulustan.info xəbər verir ki, b...

Karantin rejimini pozanlara ciddi xəbərdarlıq

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tut...

“Koronavirus Çin laboratoriyasında yaranıb”

Britaniyanın MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri Ser Riçard Dirlav COVID-19-un laboratoriyada hazırlandığına və təsadüf nəticəsində yayıldığına ...