22.07.2019

Gürcüstan Parlament Komitəsində Keşikçidağla bağlı tələb!

Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsində Azərbaycanla sərhəddə yerləşən Keşikçidağı Məbəd-Kompleksi ilə bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur.

Bununla bağlı parlament üzvləri, Ədalət Naminə Partiyasının lideləri — Eka Beselia və Zviad Kvaçantiradze komitəyə yazılı müraciət təqdim ediblər.

Müraciətdə qeyd olunub ki, yüksək dövlət və ictimai marağı nəzərə alaraq, məsələ ilə bağlı parlamentin müvafiq komitələrinin nəzarət funksiyalarını prosesə cəlb etmək lazımdır.

Deputatlar ümid edir ki, yaxın günlərdə komitə Sərhəd komissiyası üzvlərinin iştirakı ilə qapalı dinləmələr təşkil edəcək və Keşikçi dağı Məbəd-Kompleksi ətrafındakı vəziyyət, danışıqların nəticələri və gələcək fəaliyyət barədə məlumatlar parlament üzvlərinə təqdim olunacaq.

Mənbə musavat.com


Digər xəbərlər


Arif Hacılı AXC-Müsavat hökumətinin vəzifə bölgüsünün detallarını açdı - İsa Qəmbər Müdafiə nazir…

“Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu. İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma son günlərdə de...

Çexiya ilə Rusiya arasında diplomatik böhran - İki diplomat "Persona non qrata" elan edildi

Çexiya ilə Rusiya arasında yaranan diplomatik böhran nəticəsində Çexiya 2 rus diplomatı istəməyən adam (persona non grata) elan edib. Gulustan.inf...

İlham Əliyev İsveç Kralına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib. Kanal8 xəbər verir ki, məktub...

"Zərdən" asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar - Hərbi icmalçı ŞƏRH EDİR

«Zərdən» asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar — Hərbi icmalçı ŞƏRH EDİR «Atəşkəsin 26 ili...