23.07.2019

Türkiyədən ABŞ-a lazımlı cavab: «İncirlik» aviabazası…»

Biz yalnız öz maraqlarımız istiqamətində hərəkət edəcəyik və digər alternativləri axtaracağıq

 Türkiyə Rusiya istehsalı olan «S-400» zenit-raket komplekslərinin alınması ilə bağlı Ankaraya tətbiq olunacaq sanksiyalara cavab verə bilər. «RİA Novosti«yə istinadən xəbər verilir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

«Əgər Birləşmiş Ştatlar sanksiya tətbiq etsə, biz lazımı cavabı verəcəyik. Ola bilsin ki, «İncirlik» aviabazası ilə bağlı addım atılsın. Bu nə təhdiddir, nə də şantaj. Bu mövcud şərtlərdə təbii mövqedir», — deyə Çavuşoğlu «TGRT» telekanalının efirində bildirib.

«Türkiyə özünün silah istehsalı sənayesinə ciddi yanaşır. Biz öz istehsalımız olan qırıcıları yaratmaq istəyirik. «F-35″lərin hazırlanmasında daha yeni texnologiyalar var, ona görə də biz proqramın tərəfdaşı olduq, 1,4 milyard dollar yatırdıq. Lakin hər şey pis ssenari ilə getsə və onları bizə verməsələr, «S-400″ məsələsində olduğu kimi öz defisitimizi bağlamaq hüququmuz var. Biz yalnız öz maraqlarımız istiqamətində hərəkət edəcəyik və digər alternativləri axtaracağıq», — deyə nazir qeyd edib.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar «S-400» zenit-raket komplekslərinin tədarükünə görə Türkiyənin «F-35» qırıcılarının istehsalı ilə bağlı proqramdan çıxarılacağını bəyan edib. Ankaranın proqramdan çıxarılması prosesi 2020-ci ilin martında yekunlaşacaq.

Mənbə sputnik.az


Digər xəbərlər


Tramp Qeyts və Sorosun hədəfində – “Amerikada, Amerika səfirliyi işə başlayıb”

“Amerikada Amerika səfirliyi işə başlayıb, xəbərimiz yoxdur..? Daha doğrusu Tramp liberal-demokratların hədəfində”. Bu fikirləri Kanal8-də ABŞ-da ...

İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”...

İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...