29.07.2019

Mingəçevirdə Dövlət Rəmzləri muzeyinin təməli qoyuldu

Mingəçevirdə Dövlət Rəmzləri muzeyinin tikintisinin təməlqoyma mərasimi keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə Dövlət Rəmzləri muzeyinin tikintisinin təməlqoyma mərasimində iştirak edib və bildirib ki, Ulu öndər H.Əliyev həmişə insanlarda dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağın vacib məsələ olduğunu qeyd edirdi. 

Bu muzeydə dövlət bayrağı, gerbi, himni ilə yanaşı Azərbaycanın dövlət sərhədlərini özündə əks etdirən tarixi xəritələr, pul vahidləri və digər rəmzlər olacaq və ən nümunəvi qaydada tərtib olunaraq insanların istifadəsinə veriləcək. Burada şəhər sakinləri, xüsusilə gənc nəslin nümayəndələri, məktəblilər muzeyin verdiyi imkanlardan istifadə etməklə yeni biliklər əldə edə biləcəklər. Muzeyin yaxınlığında 200 yerlik örtülü yay səhnəsi, ona yaxın 1,4 hektar ərazidə parkın genişləndirilməsi işləri aparılacaq, burada musiqili fantan, idman meydançası, söhbətgahlar, oturacaqlar qoyulacaq, kişik yaşlı uşaqların əyləncəsi üçün meydançalar, idman qurğuları quraşdırılacaq.

Əraziyə baxış zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri maraqlandıran suallara aydınlıq gətirdi.

Mənbə moderator.az


Digər xəbərlər


Mədəniyyət nazirliyinin qurbanlarından biri - Abşeron "daş yolları" - FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayı...

Asəf Zeynallının məzarının hazırkı vəziyyəti təəccüb yaratdı

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan musiqisinə əsrarəngiz töhvələr verən dahi bəstəkarımız Asəf Zeynallının məzarının hazırkı vəziyyəti i...

Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...