01.08.2019

Arxeoloqlar çox önəmli tarixi abidə aşkarladı

Fransız tədqiqatçısı Frank Qodyonun rəhbərlik etdiyi beynəlxalq sualtı ekspedisiya Aralıq dənizində batmış antik Heraklion şəhərinin məbədinin qalıqlarını tapıb.

Kult.az xəbər verir ki, ekspedisiyanın məlumatında deyilir: “Misir və Avropa tədqiqatçıları son ekspedisiya zamanı böyük məbədin xarabalığını, habelə sikkələr və zərgərlik məmulatları olan bir neçə gəmi aşkar ediblər. Qodyo başda olmaqla, arxeoloqlar Heraklion xarabalıqlarını 20 il əvvəl tapıblar və hesab edirlər ki, indi aşkar edilən tapıntılar bu şəhərin ən böyük ibadət yeri olan Amon Qarp məbədinin sütunlarıdır. Bundan başqa, daha kiçik olan qədim yunan məbədinin xarabalığı da aşkar olunub”.

Eyni zamanda, arxeoloqlar batmış gəmilərin göyərtəsində çar II Ptolemeyin bürünc sikkələrini, habelə keramika, zərgərlik məmulatları və qabları aşkar ediblər. Qeyd olunur ki, bu tapıntılar dənizin dibində obyektləri ayırd edən mürəkkəb skan alətlərinin sayəsində mümkün olub.

Heraklion Nil çayının mənşəyində yerləşən antik şəhər olub. Eramızdan əvvəl 550-331-ci illərdə Makedoniyalı İsgəndərin fəthindən əvvəl bu şəhər ölkənin ən mühüm limanı olub. VIII əsrin sonlarında zəlzələ və sunami nəticəsində dağılan Heraklion daha iki şəhərlə birlikdə suyun altında qalıb. Şəhərin dənizin dibində qalmış xarabalığı İsgəndəriyyədən 6 kilometr aralıdadır. Alimlər Heraklion limanında arxeologiya tarixində antik gəmilərin ən böyük qəbiristanlığını – 64 gəmini tapıblar.

Sualtı arxeoloji ekspedisiya Avropa Sualtı Arxeologiya İnstitutu, Oksford Dəniz Arxeologiyası Mərkəzi tərəfindən İsveçrənin Hilti fondunun və Misirin Qədim Abidələr Xidmətinin dəstəyi ilə təşkil olunub.

Mənbə axar.az


Digər xəbərlər


Mədəniyyət nazirliyinin qurbanlarından biri - Abşeron "daş yolları" - FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayı...

Asəf Zeynallının məzarının hazırkı vəziyyəti təəccüb yaratdı

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan musiqisinə əsrarəngiz töhvələr verən dahi bəstəkarımız Asəf Zeynallının məzarının hazırkı vəziyyəti i...

Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...