12.08.2019

Qəhvəsevərlər! Bu xəbər sizin üçündür

Nadir hallarda qəhvə içən insanlarda 1-2 fincan qəhvə həmin gün başağrısına səbəb ola bilər

Amerikalı alimlər hesab edirlər ki, qəhvə və kofein tərkibli içkilərin böyük həcmdə istehlakı güclü baş ağrılarına meylli adamlarda miqrenin əmələ gəlməsinə səbəb ola bilər.

Bu barədə Live Science yazır. 

Tədqiqatda epizodik miqren diaqnozu qoyulmuş təqribən 100 nəfər iştirak edib. Bu diaqnoza görə, insanların ayda ən azı iki dəfə başı ağrıyır, ayda 15 dəfədən çox başı ağrıyanlar isə artıq xroniki miqrendən əziyyət çəkənlərdir.

Könüllülər onlayn sorğuda iştirak edərək gündə nə qədər qəhvə, çay, qazlı sular və energetik içki içdikləri barədə məlumat veriblər. Məlum olub ki, gün ərzində kofein tərkibli 3 içkidən artıq qəbul edəndə həmin gün, ya da sabahı miqren ağrıları oyanır. Eyni zamanda 1-2 stəkan qəhvə başağrısı yaratmayıb. Miqrenin yaranmasında kofeinin rolu mürəkkəbdir — çünki bu maddənin müəyyən miqdarı məhz ağrıkəsici effekt verir.

Ancaq nadir hallarda qəhvə içən insanlarda 1-2 fincan qəhvə həmin gün başağrısına səbəb ola bilər.

Mənbə sputnik.az


Digər xəbərlər


Əl-Qaidə lideri öldürüldü - Xüsusi əməliyyat

Əl-Qaidə lideri Abdel Malek Droukdelin Malidə terror təşkilatına qarşı keçirilən əməliyyatda öldürülüb. Kanal8 xəbər verir ki, bu barədə məlumatı ...

Rusiya Ermənistanın siqaret qaçaqmalçılığını araşdırır

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır. Gulustan.info xəbər verir ki, b...

Karantin rejimini pozanlara ciddi xəbərdarlıq

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tut...

“Koronavirus Çin laboratoriyasında yaranıb”

Britaniyanın MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri Ser Riçard Dirlav COVID-19-un laboratoriyada hazırlandığına və təsadüf nəticəsində yayıldığına ...