06.09.2019

“Nobel qardaşlarının ilk uğuru” filminin uğur səsi ABŞ-dan gəldi — Fəxri sertifikata layiq görülüb

“Nobel qardaşlarının ilk uğuru” filmi ABŞ-da “Accolade Qlobal Film Yarışması”nda bütün mərhələləri keçdikdən sonra “Ən yaxşı sənədli filmi” kateqoriyası üzrə fəxri sertifikata layiq görülüb.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda “SSP Production” tərəfindən cari ilin martında istehsal olunan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Mammadovdur. Mətni Xalq artisti Eldost Bayram oxuyub.

Qeyd edək ki, “Accolade Qlobal Film Yarışması” yüksək keyfiyyətli filmlər və yeni media işi istehsal edən rejissorların uğurlarını təqdir edir. 2003-cü ildən təşkil olunan yarışma artıq 16 ildir keçirilir. Yarışma istedadlı rejissorlara, prodüserlərə, aktyorlara və yaradıcı kollektivlərə layiq olduqları qiyməti verir.

Mənbə azertag.az


Digər xəbərlər


Mədəniyyət nazirliyinin qurbanlarından biri - Abşeron "daş yolları" - FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayı...

Asəf Zeynallının məzarının hazırkı vəziyyəti təəccüb yaratdı

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan musiqisinə əsrarəngiz töhvələr verən dahi bəstəkarımız Asəf Zeynallının məzarının hazırkı vəziyyəti i...

Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...