10.09.2019

AŞPA prezidenti Azərbaycanda hansı görüşləri keçirəcək?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskienin sentyabrın 11-12-də Azərbaycana nəzərdə tutulan rəsmi səfərinin proqramı açıqlanıb.

AŞPA prezidenti ikigünlük səfər çərçivəsində Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. 

Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, İntizam komissiyası, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşləri nəzərdə tutulub. 

Eyni zamanda L.M.Paskie sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı «dəyirmi masa»da da iştirak edəcək. 

Mənbə report.az


Digər xəbərlər


Arif Hacılı AXC-Müsavat hökumətinin vəzifə bölgüsünün detallarını açdı - İsa Qəmbər Müdafiə nazir…

“Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu. İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma son günlərdə de...

Çexiya ilə Rusiya arasında diplomatik böhran - İki diplomat "Persona non qrata" elan edildi

Çexiya ilə Rusiya arasında yaranan diplomatik böhran nəticəsində Çexiya 2 rus diplomatı istəməyən adam (persona non grata) elan edib. Gulustan.inf...

İlham Əliyev İsveç Kralına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib. Kanal8 xəbər verir ki, məktub...

"Zərdən" asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar - Hərbi icmalçı ŞƏRH EDİR

«Zərdən» asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar — Hərbi icmalçı ŞƏRH EDİR «Atəşkəsin 26 ili...