10.09.2019

Azərbaycan 61 məktəbə yeni direktor təyin edildi

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apellyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, nəticələrə əsasən, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, «Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları»na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

Mənbə oxu.az


Digər xəbərlər


Əl-Qaidə lideri öldürüldü - Xüsusi əməliyyat

Əl-Qaidə lideri Abdel Malek Droukdelin Malidə terror təşkilatına qarşı keçirilən əməliyyatda öldürülüb. Kanal8 xəbər verir ki, bu barədə məlumatı ...

Rusiya Ermənistanın siqaret qaçaqmalçılığını araşdırır

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır. Gulustan.info xəbər verir ki, b...

Karantin rejimini pozanlara ciddi xəbərdarlıq

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tut...

“Koronavirus Çin laboratoriyasında yaranıb”

Britaniyanın MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri Ser Riçard Dirlav COVID-19-un laboratoriyada hazırlandığına və təsadüf nəticəsində yayıldığına ...