11.09.2019

Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir

28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) fermerlərin və arıçıların yarmarkada iştirakı ilə bağlı qaydaları açıqlayıb. Qaydalara görə, yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfər ola bilər.

İştirakçılar növbəli şəkildə seçiləcək. Arıçılar yarmarkada iştirak etmək üçün minimum 20 arı ailəsinə sahib olmalıdır. Arıçılar yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxara bilər.

Mənbə oxu.az


Digər xəbərlər


Mətbuat Şurası həftəsonu qadağalarla bağlı jurnalistlərə müraciət edib

Azərbaycan Mətbuat Şurasının məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına ...

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yeniliklər açıqlanıb

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımla bağlı edilən yenilikləri açıqlayıb.  Nazirlikdən verilən məlumata gö...

Azərbaycanda yeni sığorta brokeri yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Status Sığorta Brokeri” MMC-ni dövlət qeydiyyatına alıb. Gulustan.info nazirliyə istinadən xə...

Azərbaycan XİN Danimarkanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkanı Konstitusiya günü münasibətilə təbrik edib. Təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb....