11.09.2019

Moskvadan Yerevana TƏŞƏKKÜR

Moskva Ermənistanın II Dünya müharibəsinin tarixinin təhrif edilməsiylə mübarizə məsələsində prinsipial yanaşmasını və Polşadakı tədbirdə İrəvanın iştirak etməməsini yüksək qiymətləndirir.

Bunu Rusiyanın Ermənistandakı səfiri II Dünya müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar keçirilən dəyirmi masada çıxışı zamanı söyləyib.

“Bu sübut edir ki, Ermənistan və onun xalqı öz sələflərinin uğurlarını yüksək dəyərləndirirlər. Erməni dostlarımızın digər qardaş xalqlar kimi, bu addımı növbəti dəfə sübut edir ki, bu bizim ümumi qələbəmizdir və bizim xalqlar arasında parçalanma yaratmaq cəhdləri uğursuzluğa düçar olub”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Polşada II Dünya müharibəsinin başlanmasıyla bağlı tədbir keçirilib. Tədbirə Rusiya dəvət edilməyib, Ermənistan isə tədbirə qatılmaqdan imtina edib.

Mənbə axar.az


Digər xəbərlər


Məhdudiyyətlər KİV-ə də şamil ediləcək

«Ola bilsin ki, məhdudiyyətlər Kütləvi İnformasiya Vasitələrinə də şamil ediləcək». Gulustan.info xəbər verir ki, bunu bu gün Nazirlər K...

SON DƏQİQƏ! Lukaşenko höküməti istefaya göndərdi

Belarusiyada hökumət istefaya göndərildi. Kanal8 xəbər verir ki, Belarusiya Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib. Lukaşenk...

190 manat yenidən aktuallaşa bilər

“190 manat birdəfəlik ödəmə aprel və may ayları üçün nəzərdə tutulmuşdu”. «190 manat birdəfəlik ödəmənin verilməsi yenidən aktuallaşa bilər&#...

Həftə sonları bütün ticarət mərkəzləri bağlı olacaq

“Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub». Gulustan.info xəbər verir ki, bunu bu gün Naz...