11.09.2019

Neçə müəllim 1000 AZN-dən artıq maaş alır?

Azərbaycanda 5 mindən çox müəllimin əməkhaqqısı min manatdan yüksəkdir

Bunu təhsul naziri Ceyhun Bayramov bildirib. 

«150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib və onların maaşı 2 dəfə artırılıb. Əməkhaqqı artımı davamlı xarakter daşıyır. Son artımdan sonra hazırda 5 mindən çox müəllimin əməkhaqqısı min manatdan yüksəkdir»,- nazir deyib.

Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə — 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib.

2019-cu ilin Fevral ayına olan məlumata görə, ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir

Mənbə marja.az


Digər xəbərlər


Azərbaycan XİN Danimarkanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkanı Konstitusiya günü münasibətilə təbrik edib. Təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb....

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.  Müraciətdə deyilir ki, qurumun Sabunçu, Qaradağ, Binə, ...

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.  Əmrin imz...

İranda güclü zəlzələ: Əhali küçələrə axışıb

İranın Elam vilayətində 5 bal gücündə zəlzələ olub. İraqla sərhəd ərazidə baş vermiş zəlzələ zamanı sakinlər təşvişə düşərək küçələrə çıxıblar. Ye...