11.09.2019

Peşə məktəblərinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

Peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.

Komissiya 18 nömrəli Bakı Peşə Liseyində (Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A) şikayətləri dinləyəcək.  

Apelyasiya Komissiyasına saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət etmək mümkündür. Komissiya işini sentyabrın 13-də yekunlaşdıracaq. 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. Avqustun 5-dək 20-dək keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust — 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib.

Mənbə report.az


Digər xəbərlər


Məhdudiyyətlər KİV-ə də şamil ediləcək

«Ola bilsin ki, məhdudiyyətlər Kütləvi İnformasiya Vasitələrinə də şamil ediləcək». Gulustan.info xəbər verir ki, bunu bu gün Nazirlər K...

SON DƏQİQƏ! Lukaşenko höküməti istefaya göndərdi

Belarusiyada hökumət istefaya göndərildi. Kanal8 xəbər verir ki, Belarusiya Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib. Lukaşenk...

190 manat yenidən aktuallaşa bilər

“190 manat birdəfəlik ödəmə aprel və may ayları üçün nəzərdə tutulmuşdu”. «190 manat birdəfəlik ödəmənin verilməsi yenidən aktuallaşa bilər&#...

Həftə sonları bütün ticarət mərkəzləri bağlı olacaq

“Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub». Gulustan.info xəbər verir ki, bunu bu gün Naz...